“Zaqatala”dan inamlı qələbə, “Səbail” və “Gəncəbasar” üç xala sevindi - YENİLƏNİB

10 Sentyabr 2026 18:59
684
“Zaqatala”dan inamlı qələbə, “Səbail” və “Gəncəbasar” üç xala sevindi

Azərbaycan Birinci Liqasında ikinci turun bu gün keçirilən oyunları başa çatıb.

İdman.Biz xəbər verir ki, “Zaqatala” “Baku Sportinq”i, “Səbail” “Mingəçevir”i, “Gəncəbasar” isə “Xankəndi”ni məğlub edib.

“Zaqatala” “Baku Sportinq”i 3:0 hesabı ilə məğlub edib. Qolları İ.Ramazanov, Ə.Heydərov və Ə.Əliyev vurub.

“Səbail” isə “Mingəçevir” üzərində 2:1 hesablı qələbə qazanıb. Bakı klubunun heyətində Y.De Vaskonselos Said və A.Ağazadə fərqlənib. “Mingəçevir”in yeganə qolunu isə S.Oqunmola vurub.

“Gəncəbasar” - “Xankəndi” görüşü də meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Xankəndi” M.Musazadənin qolu ilə hesabı açsa da, D.Açiminin ikinci hissədə dubl etməklə meydan sahiblərinə qələbə qazandırıb.

“Zaqatala” - “Baku Sportinq”: 3:0

Qollar: İ.Ramazanov (52), Ə.Heydərov (61), Ə.Əliyev (88)

“Səbail” - “Mingəçevir”: 2:1

Qollar: Y.De Vaskonselos Said (11), A.Ağazadə (28), S.Oqunmola (61)

“Gəncəbasar” - “Xankəndi”: 2:1

Qollar: M.Musazadə (36), D.Açimi (52, 82 p)

Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edib.

09:58

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında ikinci turun oyunları keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun proqramına əsasən daha üç qarşılaşma baş tutacaq.

“Zaqatala” “Baku Sportinq”i qəbul edəcək. “Səbail” “Mingəçevir”lə, “Gəncəbasar” isə “Xankəndi” ilə üz-üzə gələcək.

Birinci Liqa, ikinci tur
10 sentyabr

16:30. “Zaqatala” - “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

16:30. “Səbail” - “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Samir Qaracayev, Məmmədəli Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu.

17:00. “Gəncəbasar” - “Xankəndi”
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Anar Bədəlov, Kamran Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu.

Qeyd edək ki, turun ötən gün baş tutan açılış oyununda “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.

İdman.Biz