Kapitan gəmini tərk edir

Xəbərlər
10 Mart 2024 11:25
197
Kapitan gəmini tərk edir

PSJ-nin kapitanı Markinyos yayda komandanı tərk edə bilər.

İdman.biz xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilib ki, Paris klubu artıq təcrübəli müdafiəçiyə əvəzedici axtarışına başlayıb. Braziliyalı futbolçu ilə bərəbar digər arxa xətt oyunçusu Nordi Mukielenin də komandanı tərk etməsi gözlənilir.

Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-nin formasını geynir. O paytaxt klubu ilə meydana çıxdığı 286 matçda 24 qolla yadda qalıb.

İdman.biz