“Bayer”in futbolçusu dünyada birinci olub

Xəbərlər
7 Mart 2024 16:32
100
“Bayer”in futbolçusu dünyada birinci olub

Ən çox sıçrayış edən futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, CİES dünyanın ən güclü 28 liqası ilə bağlı araşdırmaların nəticəsini açıqlayıb.

Bir matç ərzində orta hesabla ən çox sıçrayış edən futbolçu “Bayer”in müdafiəçisi Ceremi Frimponqdur.

“Qarabağ”ın Avropa Liqasının 1/8 finalındakı rəqibi hər oyunda 17,85 sıçrayış edir. Söhbət onun ən azı 0,7 saniyə ərzində minimum 10,8 km sürətlə hərəkət etdiyi epizodlardan gedir.

“Rayo Valyekano”nun vingeri Alvaro Qarsia siyahıda ikincidir - 16,63. Hücumçular arasında lider olan Viktor Osimhen ümumi sıralamada üçüncüdür. “Napoli”nin forvardı 16,07 sıçrayışa imza atıb.

Qeyd edək ki, Frimponqun formasını geyindiyi “Bayer” bu gün saat 21:45-də başlayacaq matçda “Qarabağ”la üz-üzə gələcək.

İdman.biz

Məqalədə: