Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib

Xəbərlər
7 Mart 2024 10:10
401
Dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib

Klublararası dünya çempionatının daha bir iştirakçısı dəqiqləşib.

İdman.biz xəbər verir ki, Dortmund “Borussiya”sı 2025-ci ildə keçiriləcək mundiala vəsiqə qazanıb.

Buna “Leypsiq”in Çempionlar Liqasının “Real”la 1/8 final duelində uduzması səbəb olub – 0:1, 1:1. Leypsiqlilərin mübarizəni dayandırması “Borussiya”nın dünya çempionatına yolu açılıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq. “Borussiya”ya qədər “Vidad” (Mərakeş), “Əl-Əhli” (Misir), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava” (Yaponiya), “Çelsi”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Porto”, “Benfika” (hər ikisi Portuqaliya), “Monterrey”, “Leon” (hər ikisi Meksika), “Sietl” (ABŞ), “Oklend” (Yeni Zelandiya), “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya) mundiala vəsiqə qazanıb.

İdman.biz

Məqalədə: