"Qarabağ" qələbəni əlavə olunmuş dəqiqələrdə əldən verib - VİDEO - FOTO

Xəbərlər
7 Mart 2024 23:39
508
"Qarabağ" qələbəni əlavə olunmuş dəqiqələrdə əldən verib - VİDEO - FOTO

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsinin ilk matçına çıxıb.

Ağdam klubu Almaniya Bundesliqasının lideri “Bayer”lə görüşib. Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə yaxın olub. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan Azərbaycan çempionu 2-ci hissədə qələbəni qoruya bilməyib. Qonaqlar 2 qol vurublar - 2:2.

Bu, Azərbaycan futbolu tarixində avrokubokların 1/8 finalındakı ilk görüş olub. Pley-offu adlamaqla tarixi nəticəyə imza atan Qurbanovun yetirmələri məğlubiyyətsizlik rekorduna imza atan rəqibini dayandıra bilməyib. "Bayer"in məğlubiyyətsiz oyunlar seriyası 35-ə yüksəlib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

Avropa Liqası

1/8 final, ilk oyun
7 mart

21:45. “Qarabağ” – “Bayer” - 2:2
Qollar:
Yassin Benzia, 26 Juninyo Olavio, 45+2 - Florian Virts, 70. Patrik Şik, 90+2
Baş hakim: Benua Bastien (Fransa)
"Qarabağ": 99. Andrey Lunyov, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Bayer": 17. Matey Kovar, 20. Alexandro Qrimaldo, 12. Edmind Tapsoba, 4. Conatan Tah (k), 6. Odilon Kassunu, 21. Amin Adli, 8. Robert Endrix, 25. Eksekiel Palasios, 19. Natan Tella, 9. Borxa İqlesias, 23. Adam Hlojek
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 3. Piero Hinkapye, 30. Ceremi Frimponq, 7. Yonas Hofmann, 36. Niklas Lomb, 32. Qustavo Puerta, 14. Patrik Şik, 2. Yosip Stanişiç, 34. Qranit Caka, 10. Florian Virts.
Baş məşqçi: Xabi Alonso.
Tofiq Bəhramov adına Respublika stadionu

İdman.biz

Məqalədə: