Siyasət Əsgərov: “Türkiyə yığması mənə tanışdır, çalışacağıq ki, ilk pillələrdə qərarlaşaq"

Xəbərlər
5 Mart 2024 17:31
203
Siyasət Əsgərov: “Türkiyə yığması mənə tanışdır, çalışacağıq ki, ilk pillələrdə qərarlaşaq"

"İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır”.

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi AFFA-ya açıqlamasında Siyasət Əsgərov deyib.

O, AVRO-2025-in püşkünə münasibət bildirib. Əsgərovun sözlərinə görə, İsveçrə, Macarıstan və Türkiyə ilə eyni qrupda yer alan komandası ən yaxşısını etməyə çalışacaq: “Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, bu liqaya yüksəldik və birinci dəfədir ki, bu liqada bir-birimizə rəqib olduq. İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla bir qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq".

Qeyd edək ki, Liqa mərhələsinin görüşləri aprel-iyul aylarında keçiriləcək. Pley-off matçları oktyabr-noyabrda baş tutacaq.

İdman.biz