“Araz-Naxçıvan”da iki zədəli

Xəbərlər
5 Mart 2024 15:43
109
“Araz-Naxçıvan”da iki zədəli

“Sabah”la oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqləri bərpa edib.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Məşq prosesi Bakı Olimpiya Stadionunda baş tutub. Yüngül zədəsi olan Aksel Nqando və Orxan Əliyev hazırlıqda iştirak etməyib. Onların “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək.

İdman.biz