AFFA millinin məşqçilərini açıqlayıb

Xəbərlər
4 Mart 2024 16:41
590
AFFA millinin məşqçilərini açıqlayıb

Azərbaycan milli komandasını bu ay keçiriləcək oyunlara çıxaracaq məşqçilər bəlli olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşmalarda yığmamıza Arif Əsədov başçılıq edəcək. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev yer alacaqlar.

Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz

Məqalədə: