“Neftçi”dən tarixdə 200-cü, derbidə 40-cı MƏĞLUBİYYƏT

Xəbərlər
4 Mart 2024 11:11
134
“Neftçi”dən tarixdə 200-cü, derbidə 40-cı MƏĞLUBİYYƏT

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü dəfə məğlub olub.

İdman.biz xəbər verir ki, bu, Premyer Liqanın XXV turuna təsadüf edib.

Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dır. Ağdam təmsilçisi Azərbaycan derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.

İdman.biz

Məqalədə: