Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi “Tuzlaspor” növbəti matçını keçirib.
İdman.biz xəbər verir ki, komanda Türkiyə 1-ci liqasının XXV turunda “Keçiörəngücü”nü qonaq edib.
İlk hissədə komandalar hərəyə 1 dəfə fərqləniblər və matç da elə 1:1 hesabı ilə yekunlaşıb. Zədəsini sağaldan Bəxtiyar isə görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 1 xal qazanan “Tuzlaspor” XXV turdan sonra 24 xalla 14-cüdür.
İdman.biz