“Zirə”də iki itki

Xəbərlər
2 Mart 2024 16:29
118
“Zirə”də iki itki

“Zirə” Azərbaycan Premyer Liqasının XXV turunun “Turan Tovuz”la görüşündə xoşagəlməz durumla üzləşib.

İdman.biz xəbər verir ki, görüşün ilk 45 dəqiqəsində Bakı klubunun iki futbolçusu zədələnib.

Paytaxt təmsilçisi öncə Məqsəd İsayev, ardınca Rafael Utziqi itirib. Hər iki futbolçu xəsarət aldığı üçün matçı davam etdirə bilməyərək əvəzlənib.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Zirə” 0:1 hesabı ilə uduzur.

İdman.biz

Məqalədə: