“Mançester Yunayted”in baş məşqçi planı

Xəbərlər
2 Mart 2024 15:45
127
“Mançester Yunayted”in baş məşqçi planı

“Mançester Yunayted”in yeni rəhbərliyinin baş məşqçi planları bəlli olub.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun idman direktoru Den Eşvort indiki baş məşqçi Erik Ten Haqla vidalaşmağa qərar verib.

O, bu posta Qrem Potteri gətirməyi planlaşdırır. “Çelsi”nin sabiq baş məşqçisi ilə ilkin danışıqlar da olub.

Qeyd edək ki, mançesterlilər Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

İdman.biz