Tailandda oynayan azərbaycanlı futbolçu: “Burada yalnız “Qarabağ”ı tanıyırlar” - MÜSAHİBƏ - FOTO - VİDEO

Müsahibə
2 Mart 2024 13:29
1 363
Tailandda oynayan azərbaycanlı futbolçu: “Burada yalnız “Qarabağ”ı tanıyırlar” - MÜSAHİBƏ - FOTO - VİDEO

Tailand 1-ci Liqasının “Saraburi Yunayted” klubunun futbolçusu Məmməd Quliyevin İdman.biz saytına müsahibəsi

- Bir çoxları Tailandda oynayan yeganə futbolçumuzun Ramil Şeydayev olduğunu bilirdi. Artıq o da Türkiyə yollanıb. Siz isə 4 ildir bu ölkədə oynayırsız. Necə oldu ki, “Rəvan”ın yetirməsi Tailanda getməyə qərar verdi?

- Azərbaycandan getməyimə səbəb komanda sayının azlığı oldu. Hazırda bir çox yaxşı futbolçular var ki, müqaviləsi bitir və komanda tapmaqda çətinlik çəkir. Bu halda da 1-ci liqaya üz tuturlar. Amma mən bunu istəmədim və o səbəbdən də bura gəldim.

- Azərbaycanlı futbolçu üçün Tailand çempionatında oynamağın çətinlikləri nədir?

- Çətinlik deməzdim, amma burda legioner limiti var. Onlar seçim edərkən çox düşünürlər. Şans verdikləri əcnəbi mütləq lider futbolçu olmalıdır. İlk günlər bir qədər çətin oldu. Fərqli çempionata adaptasiya olmalısan və hamı səndən gözəl oyun gözləyir.

- Onda oyununu qənaətbəxş sayırsan?

- Məncə, pis deyil. Davam edən mövsümdə 23 oyunda 11 qol vurmuşam. Həmçinin, 7 məhsuldar ötürmə etmişəm.

- Tailand 1-ci liqa klublarında maddi durum necədir?

- Yaxşıdır. İstər əsas liqa olsun, istərsə də aşağı. Aldığım məvacibi deməyəcəyəm. Təbii ki, müqaviləyə viza, bilet və digər məsələlərin də daxil olması əlavə üstünlükdür.

- Ramil Şeydayev bir müddət əvvəl “Buriram Yunayted”də idi. Onun oyununu izləyirdin?

- Bəli, Ramil burda olanda oyunlarına baxırdım.

- Onun müqaviləsini qarşılıqlı şəkildə pozması Tailandda necə qarşılandı?

- Düzü, bu barədə yazılara rast gəlmədim.

- Tailandda Azərbaycan klublarını tanıyırlar?

- Yalnız “Qarabağ” haqqında məlumatları var.

- Bəs yenidən Azərbaycana qayıtmaq variantı olsa, dəyərləndirərsən?

- Təkliflər olarsa, bəli.

Emin Ağa
İdman.biz

Məqalədə: