“İmişli” futbol klubu tərəfindən 2007-2013-cu il təvəllüdlü futbolçular üçün təşkil olunan seleksiya xarakterli məşqlər uğurla başa çatıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Bildirilib ki, Saatlı Olimpiya Kompleksində keçirilən seçimlərdə çoxsaylı gənc futbolçular iştirak edərək bacarıqlarını nümayiş etdiriblər.
Məşqçilər korpusu tərəfindən aparılan qiymətləndirmələr nəticəsində perspektivli futbolçular müəyyənləşdirilib və növbəti mərhələyə vəsiqə qazanan namizədlər seçilib.
