Azərbaycanın “Neftçi” futbol klubu yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.
İdman.Biz xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
İyunun 29-da Bakıdan Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb. Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.
Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək “ağ-qaralar” iyulun 2-də ilk yoxlama oyununa çıxacaq.
Qeyd edək ki, “Neftçi”nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.
