İlin ən məhsuldar futbolçuları açıqlanıb

Xəbərlər
2 Mart 2024 10:12
5 946
İlin ən məhsuldar futbolçuları açıqlanıb

2024-cü ildə milli çempionatlarda ən çox qol vuranlar bəlli olub.

İdman.biz xəbər verir ki, İFFHS ilin ilk iki ayında yüksək liqalarda ən azı 7 dəfə fərqlənənlərin cədvəlini açıqlayıb.

Ən məhsuldar oyunçular siyahısına Martin Kauteruççio başçılıq edir. Uruqvaylı bombardir "Sportinq Kristal"ın forması ilə Peru çempionatında 13 qol vurub.

İtaliyalı İmre Badalassi San-Marinoda "Tre Penne"nin heyətində 12 dəfə fərqlənib. PSV-nin forvardı Lük de Yonq bu il 10 qola imza atıb.

Qeyd edək ki, bu il 40 futbolçu ən azı 7 qol vurub.

İdman.biz

Məqalədə: