Ramin Musayev: “Özünə demişəm ki, sən adam deyilsən” - VİDEO

Müsahibə
1 Mart 2024 17:24
Ramin Musayev: “Özünə demişəm ki, sən adam deyilsən” - VİDEO

Azərbaycan klubları və millidəki məşqçi seçimi düzgün aparılmır.

“İdman Bizdə" verilişinin qonağı olan PFL-in prezidenti Ramin Musayev bu qənaətdədir.

Onun fikrincə, məşqçi seçimində insani deyil, peşəkar keyfiyyətlər önəmli olmalıdır: “Biz insana insanlığına görə qiymət veririk. Amma əgər o sənin işçindirsə, işə görə qiymət ver. Mən bir insan var ki, adını çəkmək istəmirəm, işçi kimi əladır, insan kimi heç nədir. Bunu onun özünə də demişəm. Mənə sual verib ki, mən necə adamam? Demişəm ki, sən adam deyilsən, amma çalışdığın sahədə ulduzsan. Gülüb dedi ki, düz deyirsən. Əla işçidir, işini bacaran insandır”.

Musayev qeyd edib ki, insani keyfiyyətlər işdə deyil, ailədə daha vacibdir: “Onun adamlığı ailəsinə lazımdır. İşçi mənə lazımdırsa, işlədərəm də, istifadə edərəm də, qalıb kənarda. Gözləyirik ki, bir məşqçi dəyişəcək, Tərlan gedəcək yəqin. Mətbuat yazacaq ki, Tərlan o komandaya gedir. Tərlan yoxdur. Səbəb? Bir insana iş verilmirsə, səbəb olmalıdr”.

İdman.biz

Məqalədə: