AFFA onlayn imtahan keçirib

Xəbərlər
27 Fevral 2024 13:51
100
AFFA onlayn imtahan keçirib

Klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün imtahan keçirilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Tədbir assosiasiyanın Klubların Lisenziyalaşdırılması Departamentinin təşkilatçılığı ilə baş tutub. Onlayn formatda keçirilən imtahandan əvvəl Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirakçılara şərtləri xatırladıb.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, qaydalara əsasən, Lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.

İdman.biz

Məqalədə: