Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib

Xəbərlər
27 Fevral 2024 12:54
1 305
Avropada 47-ci: “Qarabağ” 10 milyonu keçib

Avrokubokların cari mövsümündə ən çox mükafat qazanan klublar açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” “Top-50”də qərarlaşıb.

Mübarizəyə Çempionlar Liqasında başlayan, Avropa Liqasında 1/8 finala adlayan Ağdam klubu artıq 10 milyon 482 min avro əldə edib. Bu, mövsümün 47-ci göstəricisidir.

Təmsilçimizin 1/8 finaldakı rəqibi “Bayer” 34-cüdür. Almaniya klubu 13 milyon 790 min avro mükafat əldə edib.

Qeyd edək ki, cari mövsüm ən çox qazanan klub “Real”dır. İspaniya klubu artıq 79 milyon 892 min 421 avro əldə edib.

İdman.biz

Məqalədə: