Serxio Ramos Premyer Liqaya gedə bilər

15 Sentyabr 2026 16:11
70
Serxio Ramos Premyer Liqaya gedə bilər

İngiltərənin “Aston Villa” futbol komandası Serxio Ramosu heyətinə qatmaq üçün danışıqlar aparır.

İdman.Biz xəbər verir ki, tərəflər arasında razılaşmanın əldə olunmasına yaxın olduğu və 40 yaşlı ispaniyalının gələn həftə tibbi müayinədən keçə biləcəyi bildirilir. Hələlik nə klub, nə də futbolçu mümkün transferi rəsmən təsdiqləyib.

“Aston Villa”nın müdafiə xəttindəki zədələrdən sonra təcrübəli futbolçunun transferini sürətləndirdiyi qeyd olunur. Ramos azad agent olduğu üçün transfer pəncərəsi bağlı olsa da, müvafiq heyət yeri olduğu halda müqavilə imzalaya bilər.

Qeyd edək ki, Serxio Ramos 18 dekabr 2025-ci ildə “Monterrey”dən ayrılıb. O, Meksika klubunda 34 rəsmi oyunda səkkiz qol vurub. Transfer baş tutsa, Ramos karyerasında ilk dəfə Premyer Liqada çıxış edəcək.

İdman.Biz