“Zirə”nin minifutbol komandasının baş məşqçisi: “Rəqiblərin çoxuna bələdik”

15 Sentyabr 2026 14:21
67
“Zirə”nin minifutbol komandasının baş məşqçisi: “Rəqiblərin çoxuna bələdik”

“Zirə”nin minifutbol komandasının baş məşqçisi Seymur Məmmədov Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinin əksəriyyətini tanıdıqlarını bildirib.

Məmmədov rəqibləri təhlil etdiklərini və qarşıdakı oyunlarda maksimum nəticə üçün mübarizə aparacaqlarını söyləyib.

“Rəqiblərin bir çoxuna bələdik. Buna baxmayaraq, onları təhlil edirik və maksimum dərəcədə yaxından tanımağa çalışırıq. Hər mövsüm olduğu kimi, bu mövsüm də çempionluq uğrunda mübarizə aparacağıq”, - deyə mütəxəssis report.az-a açıqlamasında deyib.

Baş məşqçi heyətdəki dəyişikliklər və zədəli futbolçular barədə də məlumat verib:

“Çoxlu zədəli oyunçumuzun olmasına baxmayaraq, hazırlıqlar davam edir. Yenə də işimizə və məqsədimizə doğru addımlayırıq. Heyətə gəlincə, bəziləri ilə vidalaşmışıq və 4 gənc futbolçu cəlb etmişik”.

Qeyd edək ki, “Zirə” Çempionlar Liqasının G qrupunda İspaniyanın “Qrupo Roxu”, Çexiyanın “Hanspaulka” və Bosniya və Herseqovinanın “Krayina” komandaları ilə qarşılaşacaq.

Turnirin qrup oyunları sentyabrın 23-dən 27-dək İspaniyanın Kambrils şəhərində keçiriləcək.

İdman.Biz