Azərbaycanlı məşqçi və təlimçilərdən ibarət heyət İsveçrənin Nyon şəhərində səfərdədirlər.
Təcrübəli mütəxəssis Arif Əsədovun AZƏRTAC-a verdiyi məlumata görə, sentyabrın 14-dən 16-dək keçiriləcək tədbir UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunub.
Səfər çərçivəsində Pro lisenziyasına yiyələnən məşqçilər və təlimçilər UEFA-nın təcrübə mübadiləsi proqramında iştirak edirlər. Tədbirdə Azərbaycanla yanaşı daha 5 ölkənin – Almaniya, İrlandiya, Şimali İrlandiya və Kiprin nümayəndə heyətləri yer alıblar.
Tədbirdə ölkəmizi 13 mütəxəssis - Arif Əsədov, Aslan Kərimov, Osman Rəhimov, Rəşad Abdullayev, Elnur Çodarov, Çudomir Petrov Çokarov, Aleksandr Qross, Zamir Həsənov, Vaqif Cavadov, Rüstəm Məmmədov, Aqil Nəbiyev, Fərid Namazov və Elman Sultanov təmsil edir.
