Vidadi Rzayev: "Qarabağ" "Bayer"i keçmək gücündədir”

Müsahibə
27 Fevral 2024 10:49
2 466
Vidadi Rzayev: "Qarabağ" "Bayer"i keçmək gücündədir”

“Qarabağ" qrupda da "Bayer"lə qarşılaşıb və rəqibi tanıyır”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev deyib.

O, UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın “Bayer”lə oyununa münasibət bildirib. Rzayevin sözlərinə görə, Azərbaycan çempionu almanları yaxşı analiz edib, gözəl nəticə əldə bilər: “Qarabağ”ın məşqçilər heyəti və ümumilikdə komanda bunu bacaracaq gücdədir. Düzdür, bu, futboldur. Ona görə dəqiq proqnoz vermək olmaz. Çünki “Braqa” ilə görüşdə də heç kim “Qarabağ”dan qələbə gözləmirdi. Ona görə ki, Portuqaliya futbolu ilə bizimkini müqayisə etmək belə düz deyil. Onların futbol fəlsəfəsi tamamilə başqadır. Bunları nəzərə alsaq, "Qarabağ" "Bayer"i keçmək gücündədir. İnanırıq ki, Qurban Qurbanovun komandası növbəti yeni tarixə imza atacaq”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyunu martın 7-də Bakıda, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz