Anzor Kavazaşvili: "Lunyov “sındı” və...”

Xəbərlər
26 Fevral 2024 13:04
7 099
Anzor Kavazaşvili: "Lunyov “sındı” və...”

“Andrey “Zenit”də peyda olanda və gözəl oynayanda mən iki ən yaxşı qapıçı kimi Lunyovla Selihovun adını çəkirdim. Həmin vaxt onlar Rusiya Premyer Liqasında əla çıxış edirdilər”.

İdman.biz xəbər verir ki, bunu SSRİ millisinin sabiq qapıçısı Anzor Kavazaşvili deyib.

84 yaşlı futbol veteranı “Qarabağ”ın rusiyalı qolkiperi Andrey Lunyov barədə fikirlərini açıqlayıb: “Amma sonradan Lunyov “sındı” və kifayət qədər uzun müddət oynamadı. Bundan sonra heç nə alınmırdı. Onun xaricə getmək istəyi göstərdi ki, öz bacarığını Avropanın ən yaxşı klublarında nümayiş etdirmək istəyir. Əminəm ki, getməklə düzgün seçim edib. Lunyov xaricdə özünü göstərə bildi”.

Kavazaşvili Lunyovun “Qarabağ”ı seçməsinə də toxunub: “Etiraf edim ki, Andrey “Bayer”dən gedəndə düşündüm ki, digər qapıçılar onu heyətdən sıxışdırıb, o da futbolun o qədər inkişaf etmədiyi yerə getməyə qərar verib. Amma indi Lunyov ən yaxşı seçilib. Deməli, SSRİ qapıçılıq məktəbi tükənməyib, rusiyalı qolkiperlərə keçib”.

Qeyd edək ki, 2023-cü ilin yayında “Qarabağ”a keçən Lunyovla 1+1 illik müqavilə imzalanıb.

İdman.biz