“Bayer”in qapıçısı: “Ən azı bir titul qazanmalıyıq”

Xəbərlər
26 Fevral 2024 12:32
136
“Bayer”in qapıçısı: “Ən azı bir titul qazanmalıyıq”

“Əgər bir oyunda uduzsaq və məğlubiyyətsizlik seriyamız qırılsa, bu, bizi qorxutmayacaq”.

İdman.biz xəbər verir ki, bunu “Bayer”in qapıçısı Lukaş Qradetski deyib.

Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Almaniya klubunun qolkiperi məğlubiyyətsiz irəlilədikləri 2023/24 mövsümü barədə fikirlərini bildirib. O, mövsümü avrokubokun Dublindəki finalı ilə yekunlaşdırmaq istədiklərini bildirib: “Əgər oyunumuzda eniş yaşansa, deməli biz əvvəlki kimi yaxşı oynamırıq. Bu, bizim üçün üzüntü olardı. Amma biz mövsümü mümkün qədər yaxşı səviyyədə keçirmək istəyirik. Əlbəttə, Bundesliqa, Almaniya kuboku və Avropa Liqasında mübarizəni davam etdiririk və ən azı bir titul qazanmalıyıq”.

Qeyd edək ki, “Bayer” cari mövsümdə Bundesliqada 23, kubokda 4, Avropa Liqasında 6 matç keçirib və 33 oyunda 29 qələbə qazanıb, 4 heç-heçə edib.

İdman.biz

Məqalədə: