Aftandil Hacıyev: “Bu dəfə “Bayer”ə qarşı fərqli matçlar olacaq” – VİDEO

Xəbərlər
24 Fevral 2024 10:20
821
Aftandil Hacıyev: “Bu dəfə “Bayer”ə qarşı fərqli matçlar olacaq” – VİDEO

“Porensial rəqiblərimizdən “Bayer” və “Liverpul” təhlükəli sayılırdı. Son vaxtlar leverkuzenlilər ingilislərdən belə güclüdürlər”.

Bunu "İdman Bizdə" verilişinin qonağı olan “Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev deyib.

42 yaşlı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. Hacıyev bildirib ki, “Bayer”ə rəqib olan “Qarabağ”ın əsas üstünlüyü rəqibi yaxşı tanımağıdır: “Onların heyəti çox güclüdür. 3-4 oyunçunun adını çəkmək kifayətdir. Viktor Bonifeys, Florian Virtz artıq bir çox top klubun diqqətindədir. Uzun müddətdir ki, məğlub olmurlar. Yeganə sevindirici tərəf bu rəqibi tanımağımızdır. “Qarabağ”ın bu mərhələdə çıxış etməsi bizim ölkəmiz üçün böyük nailiyyətdir. “Braqa” ilə görüşdə 10 nəfərlə mərhələ adlamaq ümid yaradır ki, “Bayer”lə oyuna da nikbin çıxacağıq. Bu dəfə onlara qarşı fərqli matçlar olacaq”.

Qeyd edək ki, 1/8 finalın ilk oyununda “Qarabağ” martın 7-də Bakıda “Bayer”i qəbul edəcək. Cavab matçı isə ayın 14-də keçiriləcək.

Emin Ağa
İdman.biz