Onlar “Neftçi”yə kömək edə bilməyəcək

Xəbərlər
23 Fevral 2024 17:32
119
Onlar “Neftçi”yə kömək edə bilməyəcək

“Neftçi”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Klubdan İdman.bizə verilən məlumata görə, Premyer Liqasının 24-cü turu çərçivəsində “Turan Tovuz”la keçiriləcək oyunu mikro zədələri olan Rəhman Hacıyev və Azər Əliyev buraxacaq.

Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə “Turan Tovuz”la matçda iştirak edə bilməyəcək.

Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.

İdman.biz

Məqalədə: