Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə

Xəbərlər
23 Fevral 2024 11:51
262
Avropa Liqasının ən yaxşıları: “Qarabağ” və futbolçuları hamıdan öndə

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra müxtəlif göstəricilər üzrə turnirin ən yaxşıları açıqlanıb.

İdman.biz xəbər verir ki, “Qarabağ” dörd göstəricidə hamını qabaqlayır.

Bunlardan ikisi komandaya, ikisi isə futbolçulara məxsusdur.

“Qarabağ” topa nəzarəti geri qaytarmaqda hamıdan öndədir. Ağdam klubu 350 dəfə topu rəqibdən alıb. Qapıçılarının ümumi “seyv” sayında da “Qarabağ” liderdir – 37 dəfə.

“Qarabağ”ın bütün “seyv”ləri Andrey Lunyovun hesabındadır. O, qapıçılar arasında liderdir. Təmsilçimizin yarımmüdafiəçisi Julio Romao topalmada hamını qabaqlayır – 27 dəfə.

Qeyd edək ki, pley-offun cavab oyununda "Braqa”ya əlavə vaxtda 2:3 hesabı ilə uduzan “Qarabağ” səfərdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala yüksəlib.

İdman.biz

Məqalədə: