“Qarabağ”ın Avropa Liqasının 1/8 finalında rəqibi bəlli olub - FOTO

Xəbərlər
23 Fevral 2024 15:19
1 066
“Qarabağ”ın Avropa Liqasının 1/8 finalında rəqibi bəlli olub - FOTO

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşacağı komanda İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri 1/8 finalda “Bayer”lə görüşəcək. Eyni qrupda yer alan komandalar mövsümdə ikinci dəfə rəqib olacaq. Qrupdakı hər iki görüşdə Almaniya klubu qələbə qazanıb – 5:1, 1:0. İlk oyun martın 7-də Bakıda təşkil olunacaq. “Qarabağ” səfər görüşünü ayın 14-də səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdırıb – 4:2, 2:3.

İdman.biz