“Kəpəz” "Qəbələ" ilə fərqi 8-ə yüksəldib - VİDEO

Xəbərlər
23 Fevral 2024 19:02
196
“Kəpəz” "Qəbələ" ilə fərqi 8-ə yüksəldib - VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Turun açılış görüşü Qəbələdə keçirilib. Çempionatın autsayderləri “Kəpəz” və “Qəbələ” vacib xallar üçün mübarizə aparıb. Ev oyunlarını eyni stadionda keçirən komandaların duelində Gəncə təmsilçisi meydan sahibi olub. Maraqlı və gərgin şəraitində keçən qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə başşa çatıb. "Kəpəz" 2:1 hesabı ilə qalib gəlib. Bu qələbədən sonra gəncəlilər sonuncu pillədə qərarlaşan "Qəbələ" ilə aradakı xal fərqini 8-ə yüksəldiblər.

Qeyd edək ki, tura fevralın 25-də yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XXIV tur
23 fevral (cümə)
17:00: “Kəpəz” – “Qəbələ” - 2:1
Qollar:
Georgi Papunaşvili, 19. Amil Yunanov, 66 (pen.) - Osama Xalayla, 44
Baş hakim: Rəvan Həmzəzadə
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
Qəbələ şəhər stadionu

1

Qarabağ

22

16

3

3

55-20

51

2

Sumqayıt

23

9

9

5

23-25

36

3

Neftçi

23

10

5

8

26-21

35

4

Zirə

23

8

8

7

14-13

32

5

Səbail

23

8

7

8

34-35

31

6

Araz-Naxçıvan

23

8

7

8

26-28

31

7

Sabah

23

8

7

8

33-28

31

8

Turan Tovuz

23

8

6

9

36-33

30

9

Kəpəz

24

6

5

13

22-41

23

10

Qəbələ

23

4

3

16

16-41

15

Bombardirlər: Olavio Juninyo ("Qarabağ") – 15, Aleksandr Ramalinqom ("Səbail") – 10, Orxan Əliyev ("Araz-Naxçıvan") – 9, Yassin Benzia ("Qarabağ") – 8, Pedro Nuno ("Səbail") - 7 qol.

İdman.biz