“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb

Xəbərlər
20 Fevral 2024 17:39
487
“Braqa”nın Bakıya gələcək heyəti açıqlanıb

Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq “Braqa”nın Bakıya gələcək heyəti dəqiqləşib.

İdman.biz xəbər verir ki, baş məşqçi Artur Jorje səfərdə 23 futbolçuya güvənəcək.

O, heyətdə sürpriz edib. Bir aya yaxın fasilədən sonra Bruma komanda ilə olacaq. O, menisk əməliyyatından sonra bərpa prosesini başa vurub. Rikardo Orta isə bu dəfə də heyətdən kənar qalacaq.

Qapıçılar: Mateus, Tiaqo Sa, Lukas Horniçek;

Müdafiəçilər: Serdar, Niakate, Fonte, Paulo Oliveyra, Co Mendeş, Çissumba, Viktor Qomez, Borxa;

Yarımmüdafiəçilər: Şer Ndur, Zalazar, Vitor Karvalyo, Pizzi , Joao Moutinyo, Soumare;

Hücumçular: Bruma, Abel Ruiz, Alvaro Calo, Roni Lopes, Rocer, Simon Banza.

İdman.biz