Millimizin oyunlarının vaxtı və stadionu dəqiqləşib

20 Fevral 2024 11:59
614
Millimizin oyunlarının vaxtı və stadionu dəqiqləşib

FİFA tərəfindən ilk dəfə mart ayında Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Matçlar Tofiq Bəhramov adına Respublika stadionu və “Dalğa Arena”da keçiriləcək. Oyunlar marın 22-də və 25-də baş tutacaq.

22 mart
17:00. Bolqarıstan – Tanzaniya

Dalğa Arena

20:00. Azərbaycan – Monqolustan
Tofiq Bəhramov adına Respublika stadionu

25 mart
17:00. Tanzaniya – Monqolustan

Dalğa Arena

20:00. Azərbaycan – Bolqarıstan
Tofiq Bəhramov adına Respublika stadionu

İdman.biz

Məqalədə: