Mahir Məmmədov AFFA-nın İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb

Xəbərlər
19 Fevral 2024 15:50
165
Mahir Məmmədov AFFA-nın İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov qurumdan ayrılacaq.

İdman.biz xəbər verir ki, bunu eyni zamanda Azərbaycan Şahmat Federasiyasının prezidenti olan funksionerin özü açıqlayıb.

Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, AFFA-nın Hesabat-Seçki Konfransında seçiləcək İcraiyyə Komitəsinin yeni heyətində yer almaq niyyətində deyil: “Azərbaycan şahmatının səviyyəsinin, dövlət tərəfindən qoyulan vəzifələrin və qarşımızda duran işlərin mühümlüyünü nəzərə alaraq, o cümlədən doğrudan da şahmatın yükünün artması, istedadların inkişaf etməsi, bütün bunlar mənə əminlik verir ki, gələcəkdə bütün ictimai işimi şahmata yönəldim. Ona görə istərdim ki, AFFA-nın yeni heyətində olmayım. Hətta köhnələrdən kimlərsə seçilsə də, heyət istənilən halda yeni olacaq. Mənim birmənalı şəkildə getmək fikrim var”.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.

İdman.biz

Məqalədə: