“Qarabağ”ı nə gözləyir?

Xəbərlər
16 Fevral 2024 09:50
312
“Qarabağ”ı nə gözləyir?

Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Braqa”nı səfərdə 4:2 hesabı ilə məğlub edən “Qarabağ” 1/8 finala doğru inamlı addım atıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu mərhələ adlasa, növbəti rəqibinin adı fevralın 23-də bəlli olacaq.

1/8 final mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Pley-offun qalibləri pley-offdan azad olan qrup birinciləri ilə görüşəcək. “Qarabağ” - “Braqa” cütünün qalibi 8 mümkün rəqibdən biri ilə üz-üzə gələcək. Bunlar “Vest Hem”, “Brayton”, “Atalanta”, “Reyncers”, “Liverpul”, “Vilyarreal”, “Slaviya” və “Bayer”dir.

1/8 finalın ilk matçları pley-offdan gələn komandanın meydanında baş tutacaq. “Qarabağ” mərhələ adlasa, növbəti raunda evdə başlayacaq.

Qeyd edək ki, təmsilçimiz “Braqa”nı fevralın 22-də qəbul edəcək.

İdman.biz