Avropada futbolunda bazar günü AFİŞASI: Mançester derbisi və nəhənglərin oyunları

13 Sentyabr 2026 10:21
73
Avropada futbolunda bazar günü AFİŞASI: Mançester derbisi və nəhənglərin oyunları

Futbol üzrə Avropanın TOP-5 liqalarında və Türkiyə Superliqasında sentyabrın 13-də növbəti oyunlar keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün əsas qarşılaşması İngiltərə Premyer Liqasında baş tutacaq. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni qəbul edəcək.

İspaniyada “Barselona” “Levante”nin qonağı olacaq, “Atletiko” isə səfərdə “Real Sosyedad”la qarşılaşacaq. Almaniyada “Bavariya” “Elversberq”in meydanına çıxacaq.

İtaliyada “Yuventus” “Sassuolo”nun qonağı olacaq, “Napoli” isə “Bolonya”nı qəbul edəcək. Fransada PSJ səfərdə “Brest”lə üz-üzə gələcək.

Türkiyə Superliqasında “Qalatasaray” “Kocaelispor”u qəbul edəcək.

13 sentyabrın oyunları, Bakı vaxtı ilə:

İngiltərə Premyer Liqası
17:00 “Koventri” - “Brayton”
19:30 “Mançester Yunayted” - “Mançester Siti”

İspaniya La Liqası
16:00 “Selta” - “Malaqa”
18:15 “Levante” - “Barselona”
20:30 “Xetafe” - “Deportivo”
23:00 “Real Sosyedad” - “Atletiko”

Almaniya Bundesliqası
17:30 “Leyptsiq” - “Hamburq”
19:30 “Elversberq” - “Bavariya”

İtaliya A Seriyası
17:00 “Leççe” - “Monza”
20:00 “Napoli” - “Bolonya”
22:45 “Sassuolo” - “Yuventus”

Fransa Liqa 1
17:00 “Lill” - “Trua”
19:15 “Le Man” - “Lans”
22:45 “Brest” - PSJ

Türkiyə Superliqası
18:00 “Gənclərbirliyi” - “Kasımpaşa”
21:00 “Amed” - “Başakşəhər”
21:00 “Qalatasaray” - “Kocaelispor”

İdman.Biz