“İnter Mayami” futbol komandası MLS-in müntəzəm çempionatında “Neşvill”lə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Fort-Loderdeyldə keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
Matçın dördüncü dəqiqəsində Sem Sarric “Neşvill”i hesabda önə keçirib. 19-cu dəqiqədə Rid Beyker-Uaytinq topu öz qapısına göndərib və meydan sahibləri hesabı bərabərləşdiriblər.
62-ci dəqiqədə Lionel Messi fərqlənərək “İnter Mayami”ni önə çıxarıb. Lakin komanda üstünlüyünü qoruya bilməyib. Əsas vaxta əlavə olunan ilk dəqiqədə Sarric dublunu rəsmiləşdirərək “Neşvill”ə bir xal qazandırıb.
Qeyd edək ki, “İnter Mayami” MLS-də məğlubiyyətsiz oyunlar seriyasını dörd matça çatdırıb. Komanda bu müddətdə bir qələbə qazanıb, üç dəfə heç-heçə edib.
Xatırladaq ki, “Neşvill” son üç qarşılaşmada qələbə qazana bilməyib. Növbəti turda “İnter Mayami” 21 sentyabrda “San-Dieqo” ilə, “Neşvill” isə bir gün əvvəl “Çikaqo Fayr”la qarşılaşacaq.
