Mourinyodan Vinisiusla bağlı əminlik: “Tezliklə qol vurma rejiminə keçəcək”

13 Sentyabr 2026 07:19
54
Mourinyodan Vinisiusla bağlı əminlik: “Tezliklə qol vurma rejiminə keçəcək”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqanın beşinci turunda “Rayo Valyekano” üzərində 4:1 hesablı qələbədən sonra Vinisius Juniorun ən yaxşı formasını yenidən tapacağına əmin olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, Vinisiusun ən yüksək səviyyəyə çatması üçün nəyə ehtiyacı olduğu barədə suala cavabında Mourinyo hücumçunun fiziki və psixoloji vəziyyətinə diqqət çəkib.

Baş məşqçi Vinisiusun “çox sakit” olduğunu, öz bədənini yaxşı tanıdığını və uğurlu anının gələcəyini bildiyini qeyd edib.

“Hazırda o, məhsuldar ötürmələr rejimindədir, tezliklə isə qol vurma rejiminə keçəcək”, - deyə Mourinyo bildirib.

Braziliyalı futbolçu qarşılaşmada Cud Bellinqemə məhsuldar ötürmə edib.

Qeyd edək ki, Vinisiusun bu mövsüm La Liqada iki məhsuldar ötürməsi var. O, çempionatda yeganə qolunu “Rayo Valyekano” ilə görüşdən əvvəl vurub.

İdman.Biz