“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın beşinci turunda “Levante” ilə keçiriləcək oyun öncəsi açıqlama verib.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis rəqibin gücündən danışaraq “Levante”nin “Betis”ə qarşı keçirdiyi son oyunu xüsusi qeyd edib:
“Levante” “Betis”ə qarşı fantastik oyun keçirdi. Onların yaxşı quruluşu var. Hücumçu kimi oynamağı bilirlər. Maraqlı bir matç olacaq”.
Flik “Barselona”nın hazırkı vəziyyətindən də razı olduğunu bildirib:
“Hazırkı səviyyəmizdə olduğumuz üçün çox xoşbəxtik, amma başa düşürük ki, bunu hər matçda sübut etməliyik. Çox yüksək keyfiyyətli heyətimiz var və intensivliyimizi və konsentrasiyamızı qorumağa çalışırıq. Bunlardan hər hansı birini itirsək, yaxşı olmaz”.
Qeyd edək ki, “Levante” – “Barselona” qarşılaşması sentyabrın 13-də keçiriləcək.
