Azərbaycan futbolunda 2026/2027 mövsümünün yay transfer pəncərəsi 10 sentyabr saat 23:59-da bağlanıb.
İdman.Biz Azərbaycan Premyer Liqası klublarının ən bahalı satış və transferlərini təqdim edir.
Ən bahalı satışlar:
Kamilo Duran - “Qarabağ”dan “Seltik”ə - 5,5 milyon avro
Leandro Andrade - “Qarabağ”dan “Polesye”yə - 3 milyon avro
Aaron Maluda - “Sabah”dan “Bazel”ə - 2,7 milyon avro
Ən bahalı transferlər:
Taofik İsmayıl - “Qurnik”dən “Qarabağ”a - 1 milyon avro
Reda Xadra - “Reyms”dən “Qarabağ”a - 1 milyon avro
Bens Varkonji - “Zalaeqerseq”dən “Qarabağ”a - 1 milyon avro
Cebrail Makretskis - “Ferentsvaroş”dan “Qarabağ”a - 1 milyon avro
Freddi Varqas - “Makkabi Netanya”dan “Neftçi”yə - 900 min avro
Alen Şkribek - “Zalaeqerseq”dən “Neftçi”yə - 900 min avro
Renaldo Sefas - “Pari NN”dən “Qarabağ”a - 880 min avro
Yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə yollarını ayırıb. Bu keçidlərdən əldə olunan gəlir 13,64 milyon avro təşkil edib.
Eyni dövrdə klublar 167 futbolçu transfer edib və bunun üçün ümumilikdə 11,76 milyon avro xərcləyiblər.
Beləliklə, Premyer Liqa klubları transfer əməliyyatlarından xərclədiklərindən təxminən 1,88 milyon avro çox gəlir əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların ümumi bazar dəyəri hazırda 110 milyon avronu ötür.
