Veteran futbolçunun Millətlər Liqasından gözləntisi: 2 heç-heçə, 2 qələbə - VİDEO

Müsahibə
14 Fevral 2024 17:59
406
Veteran futbolçunun Millətlər Liqasından gözləntisi: 2 heç-heçə, 2 qələbə - VİDEO

Veteran futbolçu Ceyhun Sultanov UEFA Millətlər Liqasının yeni mövsümündə Azərbaycan yığmasının hansı komandalardan xal ala biləcəyini açıqlayıb.

"İdman Bizdə" verilişinin qonağı olan 44 yaşlı mütəxəssis hazırda baş məşqçisiz olan millinin 8 xal toplaya biləcəyini deyib.

Onun sözlərinə görə, C divizionunda Estoniya, İsveç və Slovakiya ilə mübarizə aparacaq yığma ən yaxşı halda 2 heç-heçə edib, 2 qələbə qazanacaq: "İsveçə qarşı matçlarda 1, Slovakiya ilə görüşlərdə isə 3 xal alacağımızı düşünürəm. Estoniya ilə isə səfərdə heç-heçə, evdə qələbə olacaq".

Qeyd edək ki, Azərbaycan UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda İsveçə qarşı keçirəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: