La Liqada yeni baş məşqçi

Xəbərlər
14 Fevral 2024 14:48
105
La Liqada yeni baş məşqçi

İspaniyanın “Rayo Valyekano” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Madrid klubunu İnyiqo Peres çalışdıracaq. Bu, 36 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk iş yeridir. Futbolçu karyerasını 2022-ci ilin yayında bitirən Peres bunadək köməkçi məşqçi kimi çalışıb. O, Fransisko Rodrigesi əvəzləyib.

Qeyd edək ki, son 14 matçda yalnız 1 qələbə qazanan “Rayo Valyekano” turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

İdman.biz

Məqalədə: