Adrian Mutu: “Vacib qələbə qazandıq”

Xəbərlər
2 Sentyabr 2023 23:55
77
Adrian Mutu: “Vacib qələbə qazandıq”

Səfərdə "Sumqayıt"a qalib gələn "Neftçi"nin baş məşqçisi Adrian Mutu nəticədən razı qalıb.

İdman.biz saytı xəbər verir ki, rumıniyalı mütəxəssis futbolçuların çıxışına yüksək qiymət verib.

"Vacib qələbə qazandıq. Meydança amili yaxşı oyun göstərməyimizə çətinliklər yaradırdı. Ona görə oyunumuz çətin alınırdı. İstənilən halda üç xal qazandığımıza görə şadam. Daha yaxşı, daha güclü heyət qurmaq istəyirik. Komandaya gəldikdən bəri əlimdə olan heyətdəki futbolçuların çıxışından razıyam. Onları qələbə münasibəti ilə təbrik edirəm", – deyə Mutu oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, "Neftçi" səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

İdman.biz