“Aston Villa”nın yarımmüdafiəçisi Çempionlar Liqasının nadir rekordunu təkrarlayıb

15 Oktyabr 2026 10:34
96
“Aston Villa”nın yarımmüdafiəçisi Çempionlar Liqasının nadir rekordunu təkrarlayıb

Oktyabrın 14-də Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində “Aston Villa” - “Fənərbağça” matçı keçirilib. Görüş Birmingem təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı Joan Manzambi açıb.

İdman.Biz xəbər verir ki, həmin gün onun 21 yaşı tamam olub. İsveçrəli futbolçu üçün bu, Çempionlar Liqasında debüt matçı olub.

Maraqlıdır ki, Manzambi turnirin çox nadir rekordunu təkrarlayıb. Çempionlar Liqasında indiyədək yalnız bir futbolçu debüt matçında, doğum günündə qol vurmuşdu.

Daha əvvəl özünün ələmətdar günündə “Spartak”ın braziliyalı futbolçusu Romulo fərqlənib. O, 19 sentyabr 2012-ci ildə “Barselona” ilə oyunda fərqlənib. Həmin gün Romulonun 22 yaşı tamam olub.

İdman.Biz