Bolqarıstanda futbol klubunun prezidenti qətlə yetirilib

30 Sentyabr 2026 13:52
79
Bolqarıstanda futbol klubunun prezidenti qətlə yetirilib

Bolqarıstanın “Botev” futbol klubunun prezidenti İliyan Filipov qətlə yetirilib.

İdman.Biz xəbər verir ki, məlumatı Bolqarıstan Daxili İşlər Nazirliyi də təsdiq edib.

Bildirilir ki, klub prezidenti komandanın oyunundan sonra evinə qayıdarkən öldürülüb.

İ. Filipov başından güllə ilə vurulub. Hadisə klub prezidentinin yaşadığı evin yaxınlığında baş verib.

Hazırda Bolqarıstanın hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

İdman.Biz