“Kəpəz”dən ayrılan futbolçu “Gəncəbasar”a gedir

30 Sentyabr 2026 14:07
85
“Kəpəz”dən ayrılan futbolçu “Gəncəbasar”a gedir

“Kəpəz” futbol klubundan ayrılan Məqsəd İsayev karyerasını Gəncənin digər təmsilçisi “Gəncəbasar”da davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, tərəflər arasında ilkin razılıq əldə olunub.

Keçidin yaxın günlərdə rəsmiləşdirilməsi gözlənilir.

Qeyd edək ki, İsayev 2025-ci ilin yayında “Kəpəz”ə transfer olunub. O, cari ilin aprelində çarpaz bağlarından əməliyyat keçirib və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.

İdman.Biz