Serxio Buskets məşqçilik fəaliyyətinə başladı

23 Sentyabr 2026 15:47
69
Serxio Buskets məşqçilik fəaliyyətinə başladı

Uzun illər futbol üzrə İspaniya milli komandasının formasını geyinmiş Serxio Buskets 38 yaşında məşqçi kimi ilk rəsmi addımlarını atmağa başlayıb.

İdman.Biz bu barədə İspaniya mətbuatına istinadən məlumat verir.

“Barselona”nın sabiq yarımmüdafiəçisi hazırda “Barselona Atletik”də Xuliano Bellettinin köməkçisi kimi çalışır. O, bununla yanaşı, məşqçilik lisenziyası almaq üçün təhsilini davam etdirir.

Qeyd edək ki, Buskets daha əvvəl, 2007-2008-ci illərdə məşqçilik sahəsində ilk təcrübəsini qazanıb. Həmin vaxt o, “Badia CD” klubunun “Benxamin C” adlı uşaq komandasına rəhbərlik edib.

İdman.Biz
Məqalədə: