İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Frenki de Yonq zədədən sonra bərpa prosesində mühüm irəliləyişə nail olub.
İdman.Biz xəbər verir ki, niderlandlı futbolçu artıq topla məşqlərə başlayıb və məşqlərin intensivliyini tədricən artırır. Bununla belə, onun komanda ilə tam məşqlərə qoşulmasına hələ iki-üç həftə vaxt lazım olduğu bildirilir.
De Yonq bu mövsüm “Barselona”nın heyətində heç bir oyunda, o cümlədən mövsümöncəsi görüşlərdə meydana çıxmayıb. Onun son qarşılaşması iyunun 30-da Niderland millisinin dünya çempionatında Mərakeşə qarşı keçirdiyi oyun olub. Yarımmüdafiəçi həmin görüşdə 110 dəqiqə meydanda qalıb.
Bundan sonra dizindən zədə alan futbolçunun əməliyyat olunması variantı da nəzərdən keçirilib. Lakin sonda konservativ müalicəyə üstünlük verilib. Bir neçə həftə əvvəl topsuz məşqlər zamanı ağrıları davam edən De Yonqun vəziyyəti hazırda yaxşılaşıb.
“Barselona”nın baş məşqçisi Hansi Flik də daha əvvəl futbolçunun bərpa prosesinin plan üzrə getdiyini bildirib və onun milli komandaların oyunlarından sonrakı dövrdə geri dönə biləcəyini istisna etməyib.
