Azər Bağırov: “Milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar”

23 Sentyabr 2026 14:43
63
Azər Bağırov: “Milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar”

“Azərbaycan çempionatı yeni başlasa da, milli komandaya çağırılan futbolçular yaxşı formadadırlar”.

Bunu “Şamaxı” futbol klubunun baş məşqçisi Azər Bağırov deyib.

“Çempionat təzə başlayıb və gördüyüm qədər yığmaya dəvət edilən oyunçular yaxşı formadadırlar. Qalır təkcə Ayxan Abbasovun onları inandırıb qələbəyə kökləməsi”, - mütəxəssis report.az-a bildirib.

O, rəqib komanda və qarşıdakı matç barədə fikirlərini bölüşüb:

“İki il əvvəl Tacikistandan olan futbolçu ilə çalışmışam. Milli komandanı həmin dövrdə də izlədiyim üçün deyə bilərəm ki, atletik heyətə malikdirlər. Yaxşı, güclü oyunçuları var. Hazırkı durumlarını, sözün açığı, bilmirəm. Azərbaycan millisinə ilk matçda uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı bu gün, saat 20:00-da 8-ci kilometr qəsəbə stadionunda start götürəcək.

İdman.Biz