“Şəfa”nın fasilə dönəmində hazırlıq planı məlum olub

23 Sentyabr 2026 16:00
70
“Şəfa”nın fasilə dönəmində hazırlıq planı məlum olub

Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa” futbol klubunun hazırlıq planı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” futbol klubu məlumat yayıb.

Bildirilib ki, beş günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.

Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.

İdman.Biz
Məqalədə: