Nəriman Axundzadənin komandası üç futbolçu ilə gücləndi

5 Sentyabr 2026 17:48
90
Nəriman Axundzadənin komandası üç futbolçu ilə gücləndi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi Türkiyə Super Liqa klubu “Erzrumspor” transferin son günündə üç futbolçunu - Lavrense Agyekum, Emirhan Acar və Taha Rençberi heyətinə cəlb edib.

İdman.Biz xəbər verir ki, mavi-ağlılar 22 yaşlı yarımmüdafiəçi Lavrence Agyekumu Belçikanın “Serkl Brügge” klubundan 1 illik icarəyə götürüb.

Karyerası ərzində “Lieferinq”, “Zalsburq” və “Serkl Brügge”nin formasını geyinən Agyekum ötən mövsüm 31 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Eyni zamanda “Erzurumspor” 21 yaşlı yarımmüdafiəçi Emirhan Acarla isə üç illik müqavilə imzalayıb. Ötən mövsüm “Bandırmaspor”un formasını geyinən Acar Türkiyə 1-ci Liqasında 27 matçda iştirak edib və 3 qol vurub. Karyerasında daha əvvəl “Tirol”, “Torino” U-19 və U-20 komandalarında çıxış edən futbolçu Türkiyənin U-21 millisinin də üzvüdür.

Mavi-ağlıların heyətinə cəlb etdiyi 18 yaşlı Taha Rençberlə də 1 illik müqavilə imzalanıb. Ötən mövsümü “Hopaspor”da icarə əsasında keçirən Rençber Artvin təmsilçisində meydana çıxmaq şansı qazanmayıb.

İdman.Biz